Cəlilabadın Göytəpə bazarında baş verən yanğın nəticəsində insanlara dəymiş ziyan hesablanır.
Bizim.Media xəbər verir ki, bunu fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, hesablamalardan sonra müvafiq qərar ilə dəymiş ziyan ödəniləcək.
Nazir müavini şimal regionunda baş verən yanğınların qəsdən törədilməsinə də münasibət bildirib:
"Yanğınlar qəsdən törədilib, sonradan o ərazilərin torpaq səhəsi kimi satılması ilə bağlı nəsə deyə bilmərəm. Amma yanğınların 98 faizi insanlar tərəfindən törədilib. Dağlıq ərazilərdə nə yaşayış var, nə elektrik xətti keçir. Zolaq yox, təhlükəsizlik yox. Bunun üzündən də belə yanğınlar baş verir", - deyə nazir müavini deyib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
14:07 / 26.08.2022
Cəlilabad bazarındakı yanğında vətəndaşlara dəyən ZİYAN HESABLANIR
Hazırda oxunan: Cəlilabad bazarındakı yanğında vətəndaşlara dəyən ZİYAN HESABLANIR
Hazırda oxunan: Cəlilabad bazarındakı yanğında vətəndaşlara dəyən ZİYAN HESABLANIR
90561
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.