Mobil nömrələrin satış qaydalarında mühüm - DƏYİŞİKLİK

Hazırda oxunan: Mobil nömrələrin satış qaydalarında mühüm - DƏYİŞİKLİK

90560
Tezliklə bu proseslər tamamilə avtomatlaşdırılacaq.

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 22 may 2015-ci il tarixli 200 nömrəli qərarına əsasən “Rabitə müəssisələri (operatorlar) tərəfindən rabitə vasitələrinin satışı və istifadəsi zamanı xa0tələb olunan şərtlərin təsdiq edilməsi haqqında”x9d 2005-ci il 7 iyul tarixli 131 nömrəli qərara dəyişikliklər edilib. Hazırda yeni qərara uyğun olaraq, nömrə satışı zamanı yol verilən bir çox pərakəndə proseslərin sistemləşdirilməsi, eyni zamanda, mövcud qüsurların aradan qaldırılması üzrə tədbirlər görülür.xa0

Portaldan Moderator.az -a verilən məlumata görə, mobil operatorlar üzrə abunəçi bazaları fərdi identifikasiya nömrəsinə (FİN) uyğunlaşdıqdan sonra portal üzərindən təqdim edilən sosial xidmətlərin çeşidi və keyfiyyəti artacaq. “E-hökumət”x9d portalı üzərindən qanunvericiliyə uyğun olaraq qurumlararası informasiya mübadiləsinin aparılması mümkün olacaq.

Bununla yanaşı, portal vasitəsilə vətəndaşlara istənilən dövlət qurumlarının bildirişlərini (məhkəmə, şəxsiyyət vəsiqəsinin müddətinin bitməsi, banklar, kommunal borclar, rabitə borcları, cərimələr və sair) göndərmək imkanı yaradılacaq. “E-hökumət”x9d portalı üzərindən formalaşan “Şəxsi kabinetlər”x9ddə abunəçinin mobil nömrələri barədə məlumatlar əks olunacaq. Eyni zamanda, portala onlayn qeydiyyat zamanı mobil nömrənin istifadəçinin öz adına olmaması və ya qrammatik səhvlər səbəbindən yaran problem aradan qalxacaq.

Qeyd edək ki, tezliklə mobil nömrələrin satışı, nömrələrin digər operatora daşınması və nömrələrin addan-ada keçirilməsi prosesi tamamilə avtomatlaşdırılaraq “Elektron hökumət”x9d portalı üzərindən həyata keçiriləcək.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin