Nazir xaricdə təhsil alacaq tələbələrlə söhbətləşdi - FOTO

Hazırda oxunan: Nazir xaricdə təhsil alacaq tələbələrlə söhbətləşdi - FOTO

90486

Elm və təhsil naziri Emin Əmrullayev “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində 2022-2023-cü tədris ilində xaricdə təhsil almaq hüququ qazanmış tələbələrlə görüşüb.

Elm və Təhsil Nazirliyindən Bizim.Media-ya bildirilib ki, görüş zamanı Emin Əmrullayev Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə təsdiq edilmiş Dövlət Proqramının ölkə rəhbərliyinin gənclərə xüsusi diqqətinin təzahürü olduğunu qeyd edib.

Nazir sözügedən proqramın müasir və gələcək əmək bazarının tələblərinə cavab verən rəqabətqabiliyyətli və yüksəkixtisaslı peşəkar kadrların hazırlanmasına, o cümlədən ölkəmizin dinamik inkişaf prosesinə töhfə verəcəyini bildirib.

Qeyd edək ki, Dövlət Proqramının hədəf göstəricisi 2022–2026-cı illərdə hər il 400 nəfərədək olmaqla, ümumilikdə isə 2000 nəfərədək Azərbaycan Respublikası vətəndaşının xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsilinin təmin edilməsidir.
Dövlət Proqramı çərçivəsində xarici ali təhsil müəssisələrində təhsil yerlərinin ən azı 80 faizi ali təhsilin magistratura səviyyəsini əhatə edəcək.

Bizim.Media



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin