Rusiya sülhməramlılarının müşayiəti ilə qaçqınlarla dolu növbəti avtobus Ermənistandan Dağlıq Qarabağa gəlib.
Bizim.Media xəbər verir ki, bu haqda məlumatı Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti yayıb.
Mənbə yazır ki, noyabrın ortalarından indiyədək 50 116 nəfər geri qayıdıb.
Son sutka ərzində avtobuslarla İrəvandan Xankəndinə 114 qaçqın gətirilib.
Bildirilir ki, Rusiyanın sülhməramlı kontingenti Dağlıq Qarabağ ərazisində vəzifələrini yerinə yetirirlər. Onlar 27 postda gecə-gündüz monitorinq aparır, mülki infrastruktur obyektlərini bərpa edir, əhaliyə humanitar yardım göstərirlər.
Qeyd edək ki, Rusiya, Azərbaycan və Ermənistan liderləri Vladimir Putin, İlham Əliyev və Nikol Paşinyan noyabrın 9 - da Qarabağda atəşkəs haqqında birgə bəyanat qəbul ediblər. Atəşkəs tam şəkildə noyabrın 10-dan qüvvəyə minib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
10:35 / 20.01.2021
Qarabağa gələn ermənilərin yeni sayı açıqlandı
Hazırda oxunan: Qarabağa gələn ermənilərin yeni sayı açıqlandı
Hazırda oxunan: Qarabağa gələn ermənilərin yeni sayı açıqlandı
9048
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.