AZAL biletlərin satışında bəzi dəyişikliklər etdi – DETALLAR

Hazırda oxunan: AZAL biletlərin satışında bəzi dəyişikliklər etdi – DETALLAR

90442

AZAL-ın yaydığı məlumata əsasən 25 avqust 2022-ci il tarixindən başlayaraq satış və uçuş tarixləri üçün “Azərbaycan Hava Yolları” Sərnişin Aviaşirkəti və “Buta Airways” Sərnişin Aviaşirkəti aşağıdakı brendlərin “Aviabiletlərin dəyərinin qaytarılması” və “Tarixin dəyişdirilməsi (rebookingrevalidate)” qaydalarında əlavə və dəyişikliklər edib.

Bizim.Media xəbər verir ki, dəyişikliklərdən sonra hazırda mövcud olan qiymətlər belədir:

“Azərbaycan Hava Yolları”

Brendin adı: Ekonom Klassik

Tarixin dəyişdirilməsi (rebookingrevalidate):

uçuşdan öncə - 60 avro (102 manat) cərimə ilə

uçuşdan sonra- icazə verilmir

“Buta Airways”

Brendin adı: “BUTA SUPER” və “BUTA STANDART”

uçuşdan öncə - 60 avro (102 manat) cərimə ilə

uçuşdan sonra- icazə verilmir

Aviabiletin dəyərinin qaytarılması:

uçuşdan öncə - tarifin 75% məbləğində cərimə ilə

uçuşdan sonra- icazə verilmir

Son dəyişikliklərdən öncə mövud olan qiymətlər belə olub:

Aviabiletin dəyərinin qaytarılması:

uçuşdan 0-24 saat öncə - tarifin 75%  məbləğində cərimə ilə

uçuşdan 24-96 saat öncə - tarifin 50% məbləğində cərimə ilə

uçuşa 96 saatdan artıq vaxt qaldıqda – tarifin 35% məbləğində cərimə ilə

uçuşdan sonra –icazə verilmir

“Tarixin dəyişdirilməsi (rebookingrevalidate)”

uçuşdan 0-24 saat öncə - tarifin 75%  məbləğində cərimə ilə

uçuşdan 24-96 saat öncə - tarifin 50% məbləğində cərimə ilə

uçuşa 96 saatdan artıq vaxt qaldıqda – tarifin 35% məbləğində cərimə ilə

uçuşdan sonra –icazə verilmir
 

Qeyd edək ki, hazırkı dəyişikliklərə görə uçuşdan öncə aviabiletlərin tarixinin dəyişdirilməsi üçün tarifin 35% məbləğində cərimə artaraq tarifin 75%  məbləğində cərimə ilə əvəz olunub.


Tarixin dəyişdirilməsində isə uçuş qabağı mövcud olan 0-24 saat öncə - tarifin 75% məbləğində cərimə və uçuşdan 24-96 saat öncə - tarifin 50% məbləğində cərimə isə standart olaraq 60 avro (102 manat) cərimə ilə əvəzlənilib.

Leyla Şah, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin