Magistraturada jurnalistika üzrə ixtisasların sayı artırıldı

Hazırda oxunan: Magistraturada jurnalistika üzrə ixtisasların sayı artırıldı

90432

Nazirlər Kabineti “Ali təhsilin magistratura səviyyəsi üzrə ixtisasların (ixtisaslaşmaların) Təsnifatı”nda dəyişiklik edilib.

Bizim.Media xəbər verir ki, dəyişikliyə əsasən, magistraturada "Jurnalistika" üzrə ixtisasların sayı artırılıb.

Siyahıya "Jurnalistika" ixtisası əlavə edilib. Beləliklə, magistraturada jurnalistika üzrə ixtisasların sayı 9-a çatıb.

Bura Radiotelejurnalistika, Beynəlxalq jurnalistika, Mətbuat tarixi, Jurnalistika nəzəriyyəsi, Publisistik jurnalistika, Media və kommunikasiya sistemləri, Televiziya və radio yayımları menecmenti, İdman jurnalistikası və yeni yaradılan Jurnalistika ixtisasları daxildir.

Nazirlər Kabinetindən APA-ya verilən məlumata görə, hazırda ölkəmizdə müxtəlif sahələr üzrə əsaslı biliklərə, bacarıq və səriştələrə malik olan, daha dərin təhlillər aparmağı bacaran jurnalistlərə olan tələbatı ödəmək məqsədilə magistratura səviyyəsində “Jurnalistika” ixtisaslaşmasının açılmasına ehtiyac duyulur.

Bununla əlaqədar Nazirlər Kabinetinin qeyd olunan Qərarı ilə ali təhsilin magistratura səviyyəsi üzrə mövcud ixtisaslaşmaların siyahısına “Jurnalistika” ixtisaslaşması əlavə edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin