Bakıda avtobusların tam kart sisteminə keçməsinə kim mane olur? - RƏSMİ AÇIQLAMA 

Hazırda oxunan: Bakıda avtobusların tam kart sisteminə keçməsinə kim mane olur? - RƏSMİ AÇIQLAMA 

90404

“Mövcud vəziyyətdə Bakı şəhəri üzrə avtobus parkının 80 faizi artıq kart sisteminə keçib”.

Bunu Bizim.Media-ya açıqlamasında Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev paytaxt üzrə sərnişin nəqliyyatının kart sisteminə keçidi prosesinin haçan yekunlaşacağı barədə suala cavabında deyib: 

“Ötən müddətdə həyata keçirilən sistemli tədbirlər sayəsində ictimai nəqliyyatda nağdsız ödənişin əhatə dairəsi əhəmiyyətli dərəcədə genişləndirilib. Hazırda Bakı şəhərinin avtobus parkının 80 faizə yaxını nağdsız ödəniş sisteminə inteqrasiya edilib.  88 müntzəm marşrut xətti üzrə 1700-dən artıq avtobusda gediş haqqı nağdsız qaydada “BakıKart”-la ödənilir. Nağdsız ödənişlə fəaliyyət göstərən marşrutlarla gündəlik 1 milyon ətrafında sərnişin daşınır. Bu da ümumi səyahət saylarının təqribən 60 faizindən çoxu deməkdir. İş prosesinə uyğun olaraq digər marşrut xətlərinin də mərhələli şəkildə nağdsız ödəniş sisteminə inteqrasiyası nəzərdə tutulub”.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanda bir kart sistemini tətbiq etmək kimə sərf etmir? – Bütün gözlər vətəndaşın CİBİNDƏDİR


Həmsöhbətimiz bildirir ki, avtobusların nağdsız ödəniş sisteminə inteqrasiyası bir qədər çətin və ağır prosesdir: 

“COVİD-19 pandemiyasından qaynaqlanan bəzi çətinliklər ümumilikdə iş prosesinə təsirsiz ötəşməyib. Lakin buna baxmayaraq sərnişindaşımalarda fasiləsizlik təmin olunmaqla nağdsız ödənişə inteqrasiya davam etdirilir”.

BNA rəsmisi qeyd edir ki, prosesin yekunlaşmasına 2 məqam maneə olur: 

“Bunlardan biri qəsəbədaxili və qəsəbələrarası avtobusların texniki göstəricilərinin ödəniş sisteminə və sistemin digər komponentlərinin quraşdırılmasına imkan verməməsi, həmçinin bəzi ərazilərdə yol infrastrukturunun yeni avtobusların istismarı üçün qənaətbəxş səviyyədə olmamasıdır. Digər bir hal isə bəzi daşıyıcıların nağdsız ödəniş sisteminə inteqrasiyada maraqlı olmamasıdır. Bunlarda əsasən maliyyə dövriyyələrinin şəffaflaşmasından qaçanlardır”. 

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin