“Azərbaycan hökumətinin inşasını yekunlaşdırdığı Laçın dəhlizinə alternativ avtomobil yolu ilə hərəkət yaxın bir həftədə mümkün olacaq”.
Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarındakı yol infrastrukturu layihələrinə cəlb edilməsi üçün alınmış yol texnikası və maşın-mexanizmlərin təqdimatında deyib.
O bildirib ki, cəmi 10 ay ərzində Laçın şəhərinə daxil olmadan 22 kilometri Azərbaycan ərazisindən, 10 kilometri Ermənistan ərazisindən keçməklə alternativ yol çəkilib:
“Avqustun 15-də alternativ yol Azərbaycan ərazisindən kecmək şərtilə hazırdır. Lakin Ermənistan tərəfi üzərinə düşən 10 kilometri hələ də başa çatdırmadığı üçün Qarabağda yaşayan erməni icmasının xahişi ilə Azərbaycan tərəfi yeni yola birləşən 4,8 kilometr uzunluğunda birləşdirici yolun tikintisini də həyata keçirib. Yaxın bir həftə ərzində Laçın şəhərinə daxil olmadan yeni yoldan istifadə etməklə erməni icması Xankəndi və başqa rayonlara hərəkət edə biləcək”.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
12:35 / 25.08.2022
Laçın dəhlizinə alternativ yolla hərəkət nə zaman mümkün olacaq? - RƏSMİ
Hazırda oxunan: Laçın dəhlizinə alternativ yolla hərəkət nə zaman mümkün olacaq? - RƏSMİ
Hazırda oxunan: Laçın dəhlizinə alternativ yolla hərəkət nə zaman mümkün olacaq? - RƏSMİ
90363
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.