Prezidentin Təhlükəsizlik Xidmətinin əməkdaşı, Vətən müharibəsi iştirakçısı polkovnik Tehran Mənsimovun 50 yaşı tamam olub.
Bizim.Media xəbər verir ki, yubileyini paytaxt restoranlarının birində qeyd edən Mənsimovun doğum günündə tanınmış şəxslər iştirak edib.
Onların arasında güləş üzrə 3 qat dünya və Avropa çempionu Hacı Əliyev, Ukraynada yaşayan məşhur azərbaycanlı iş adamı Oleq Krapivin (Bakinski), Azərbaycan Velosiped Federasiyasının vitse-prezidenti Robert Eyyubov da iştirak edib.
Qeyd edək ki, Tehran Mənsimov 1972-ci il avqustun 24-də Qusar rayonunun Düztahir kəndində anadan olub.
Birinci Qarabağ müharibəsində könüllü iştirak etdikdən sonra hərbi təhsil alaraq leytenant rütbəsində ordu sıralarında xidmətə başlayıb. Taqım komandirliyindən briqada komandirliyinə kimi Qarabağ bölgəsində xidmət edib.
Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun zabiti olan Tehran Mənsimov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün təmin olunması üçün başlanan Vətən müharibəsində fəal iştirak edib.
Noyabrın 4-dən 8-nə qədər davam edən Şuşanın azadlığı uğrunda döyüşlərdə şəhərə girən ilk zabitlərdən olub.
Polkovnik-leytenant Tehran Mənsimov Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə "İgidliyə görə", "Vətən uğrunda" medalları və "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
11:33 / 25.08.2022
Polkovnik Tehran Mənsimov yubileyini belə qeyd etdi - FOTO
Hazırda oxunan: Polkovnik Tehran Mənsimov yubileyini belə qeyd etdi - FOTO
Hazırda oxunan: Polkovnik Tehran Mənsimov yubileyini belə qeyd etdi - FOTO
90345
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.