Lənkəran icra başçısının sabiq müavininin məhkəməsinin hazırlıq iclası təyin olundu

Hazırda oxunan: Lənkəran icra başçısının sabiq müavininin məhkəməsinin hazırlıq iclası təyin olundu

90309

Lənkəran rayon İcra Hakimiyyətinin başçısının sabiq müavini Rasilə Arifqızının cinayət işi üzrə məhkəmənin hazırlıq iclasının vaxtı məlum olub.

Bizim.Media-nın məlumatına görə, məhkəmənin hazırlıq iclası sentyabrın 5-nə təyin olunub.

Qeyd edək ki, cinayət işi baxılması üçün Lənkəran rayon Məhkəməsinə göndərilib. İş araşdırılması üçün hakim Rəşad Məmmədovun icraatına verilib.

Xatırladaq ki, Lənkəran rayon İcra Hakimiyyətinin başçısının sabiq müavini Rasilə Arifqızının tərəfindən Lənkəran şəhər V.Əliyev adına 4 nömrəli humanitar təmayüllü məktəb-liseyin 9-cu sinif şagirdinə qarşı fiziki zorakılıq hərəkətlərinin edilməsi faktı ilə bağlı Lənkəran rayon prokurorluğunda cinayət işi başlanıb.

İstintaqla müəyyən olunub ki, Rasilə Arifqızı 2022-ci il iyulun 14-də attestat verilməsi bəhanəsi ilə xidməti sürücüsü vasitəsilə şagirdi yaşadığı evə gətizdirib.

O, həmçinin vəzifəli şəxs kimi xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxaraq yeniyetmənin mobil telefonunu əlindən alıb.

R.Arifqızı şəxsi məlumatlarını yaxın qohumlarının mobil telefonlarına göndərməklə sonuncunun hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurub, həmçinin ona bədən xəsarətləri yetirib.

Toplanmış sübutlar əsasında Rasilə Arifqızına Cinayət Məcəlləsinin 309.1-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə ittiham elan edilib.

Eldar Məmmədli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin