Abşeron rayon Digah qəsəbəsində (Yeni yaşayış massivi) yaşayan Məmmədov Sənan Fəxrəddin oğlu Moderator.az-a müraciət edərək qəsəbə sakinlərinin elektrik probleminə diqqət çəkib. S.Məmmədovun sözlərinə görə, yaylı-qışlı normal işığa həsrət qalan qəsəbə sakinləri problemin həlli üçün dəfələrlə əlaqədar qurumlara müraciət etsələr də, onların probleminə sahib çıxab tapılmayıb:
“Bizim qəsəbə sakinləri
aşağı gərginlikdən əziyyət çəkir. Yay aylarında
elektrik 140 volt, qış aylarında isə 90-100 volt gərginliklə verildiyindən məişət
avadanlıqları işləmir. Gərginlik həddindən atıq aşağı olur, işıqlar sadəcə
olaraq közərir, normal işıq üzünə həsrətik. Hamıda sayğac
var, hamı işıq pulunu ödəyir, bildirişlər gəlir. Yeni evlər tikildikcə
sayğaclar quraşdırılır, amma transformatorun gücünə baxan yoxdur. Yüzlərlə sakinin adından sizə səslənirəm. Xahiş edirəm ki, bizim səsimizi
eşidib, problemə çarə tapmaqda bizə kömək edəsiniz.
Abşeron Rayon İcra Hakimiyyətinə, keçmiş “Azərenerji”x9dnin regional bölməsinə, “Azərişıq”x9d ASC-yə dəfələrlə, Ombudsmana
ikinci dəfə müraciət etsək də 2013-cü ildən bəri heç bir iş görülməyib.
Bizim əksəriyyətimizin texniki şərti də var.
Amma nə olsun. Mənzillərimiz normal gərginliklə təmin olunmur. Odur ki, sizin
vasitənizlə üzümüzü bütün aidiyyati qurumlara tutaraq onları bir daha problemin həllinə çağırırırq”x9d.
Seymur
Əliyev





































































































