Xaçın su anbarı boşaldılır - ÖZƏL - FOTO

Hazırda oxunan: Xaçın su anbarı boşaldılır - ÖZƏL - FOTO

90212

Ölkənin nəhəng su anbarlarından biri olan Xaçın su anbarı boşaldılır. Faktı Ağdam Mexaniki Suvarma İdarəsindən təsdiqləyiblər.  

İdarənin baş mühəndisi Elşən Hüseynov Bizim.Media-nın yerli bürosuna bildirib ki, anbarda əsaslı təmir işləri aparılmasına start verilib.

Məhz elə buna görə də anbarın suyu tamamilə boşaldılır. Təxminən bir həftə müddətində gölün tam qurudulacağı planlaşdırılıb.  

Qeyd edək ki, Xaçın su anbarı XX əsrin ortalarında Ağdam rayonu ərazisində inşa edilib.

Uzunluğu 940 metr, su tutumu isə 23 milyon kubmetr olan su hövzəsi 1993-cü ilin iyun ayında Ermənistan ordusunun işğalına məruz qalıb. 27 il işğal altında qalan su hövzəsindən istifadə edilsə də, buradakı qurğulara texniki qulluq göstərilməyib.
 

İşğaldan azad edildikdən sonra isə azərbaycanlı mütəxəssislərin keçirdiyi baxış zamanı bəndin bir neçə hissəsində su sızmaları aşkar edilib.  

Bundan sonra su anbarının əsaslı təmir edilməsinə qərar verilib. "Meliorasiya və Su Təsərrüfatı" ASC-nin tapşırığına əsasən bəndin özündə təmir-bərpa işləri görüləcək. Eyni zamanda, suötürücü qapı və suaparıcı kanal beton örtüyə alınmaqla 30 kilometrlik kanalda təmir işləri aparılacaq. Bundan sonra anbar tam gücü ilə istifadəyə veriləcək.  


Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin