Baş prokuror: Quruculuq işləri Qarabağ və Şərqi Zəngəzura qayıdışın təməlini qoydu - FOTO

Hazırda oxunan: Baş prokuror: Quruculuq işləri Qarabağ və Şərqi Zəngəzura qayıdışın təməlini qoydu - FOTO

90206

"Bərpa-quruculuq işləri Qarabağ və Şərqi Zəngəzura əzəli-əbədi sakinlərinin Qayıdışının təməlini qoyub".

Baş Prokurorluğun Mətbuat xidmətindən Bizim.Media-ya verilən məlumata görə, bunu Baş Prokuror Kamran Əliyev Zəngilan rayonunun Ağalı kəndində Baş Prokurorluğun təşkilatçılığı ilə bu gün keçirilən “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdış: pozulmuş hüquqlar və onların bərpası” mövzusunda yüksək səviyyəli konfransda deyib.

K.Əliyev bildirib ki, tariximizə və dövlətçiliyimizə qızıl hərflərlə yazılan şanlı Zəfər regionumuzda yeni geosiyasi reallıqlar yaratmaqla, ölkə başçısının rəhbərliyi və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın yaxından iştirakı ilə gerçəkləşən misli görünməmiş sürətli bərpa-quruculuq işləri Qarabağ və Şərqi Zəngəzura əzəli-əbədi sakinlərinin qayıdışının təməlini qoyub.

Vətən müharibəsinin Qələbə ilə başa çatmasından cəmi 1 il 8 ay sonra “Ağıllı kənd” layihəsinin ilk nümunəsi olaraq Zəngilan rayonunun Ağalı kəndinə əhalinin köçürülməsinə start verilməklə sakinlərin yüksək keyfiyyətli, müasir texnologiyalarla təchiz edilmiş evlərlə təmin olunması xüsusi vurğulanıb.

Baş prokuror ötən əsrin əvvəllərindən başlayaraq ölkəmizə qarşı absurd torpaq iddiaları əsasında aparılmış məqsədyönlü etnik təmizləmə, soyqırımı siyasəti və hərbi təcavüz nəticəsində azərbaycanlıların öz dədə-baba torpaqlarından zorla köçürülməklə 400 mindən artıq qaçqın və 850 min nəfərədək məcburi köçkün olmaqla, ümumilikdə 1 milyondan artıq soydaşımızın qaçqın və məcburi köçkün həyatı yaşadığını deyib. 

O, 1994-cü ildə ölkə əhalisinin hər 7 nəfərindən 1-nin qaçqın və ya məcburi köçkün olmaqla digər ölkələrlə müqayisədə dünyada bu baxımdan ən yüksək nisbi göstəriciyə malik olduğunu bildirib.

Həmçinin, Ermənistanın hərbi təcavüzü nəticəsində məcburi köçkün düşmüş Azərbaycan vətəndaşlarının fundamental insan hüquq və azadlıqlarının pozulduğu qeyd edilməklə, prokurorluq orqanları tərəfindən aidiyyəti dövlət qurumları ilə əlaqəli şəkildə erməni təcavüzü nəticəsində vətəndaşlarımızın pozulmuş hüquqlarının bərpası, ölkəmizə dəymiş maddi-mənəvi zərərə görə bütün təqsirli şəxslərin məsuliyyətə cəlb edilməsi istiqamətində zəruri tədbirlərin görüldüyü diqqətə çatdırılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin