Teleaparıcı Aytən Səfərova super-marketlərdə satılan “Pangasius”x9d balığının zərərlərindən bəhs edib.xa0
Moderator.az-ın məlumatına görə, bu haqda sosial şəbəkədə yazan teleaparıcı sözügedən məhsulu Azərbaycan bazarına çıxaranları qınayıb:
“ Deyilənə görə, dünyanın bir çox ölkələrində “Pangasius”x9d balığını ya mal-qaraya yedirirlər, ya da ən kasıb, hətta dilənçi günündə olan insanlara acından ölməmələri üçün satırlar. Bəzi işbazlar isə çirkabda artırılan, ətindən isə xeyirdən çox zərər gələn xa0bu balığı qəpik-quruşa alıb gətirirlər, bizim ölkə kimi digər ölkələrdə qəşəng qablaşdırılıb satırlar, qəşəng də pul qazanırlar. Anlamıram, niyə “Bazarstore”x9d kimi özünü mötəbər sayan bir super-marketdə bu balığı bizim camaata “sırıyırlar”x9d? Azərbaycanda kifayət qədər para qazanan türk abilər, sağlamlığımızı paralamaq nəyə lazımdır?! Bəs, Azərbaycanın müvaffiq strukturlarında oturan kostyumlu “mütəxəssislər”x9d hara baxır? Niyə bizim camaatı zəhərləmək istəyirlər? Bəlkə, mən nəsə anlamıram? Qarşı tərəfin mövqeyini bilmək xoş olardı”x9d.
































































































