Sumqayıt şəhərində 2001-ci il təvəllüdlü Elşad Alışanov atası Sarvana (adlar şərtidir – red.) xəsarət yetirib.
Bizim.Media-nın əldə etdiyi məlumata görə, cinayət işi üzrə ifadə verən Elşadın sözlərinə görə, hadisə günü yaşadıqları evdə atası Sarvanla anası Həqiqətin arasında söz mübahisəsi yaranıb.
O bildirib ki, mübahisə baş verən vaxt evdə olmayıb:
“Mübahisə zamanı anam mənə zəng etdi, atam ilə mübahisə etdiyini bildirdi, məni evə çağırdı. Mən də evə gəldim. Evin girişində atam ilə bir qədər söz mübahisəsi etdim”.
Elşad qeyd edib ki, bu zaman atasının anasını söyərək təhqir etməsinə görə əsəbiləşib:
“Bundan sonra isə atamın boğazından tutdum və onun sol qabırğasına yumruqla zərbələr vuraraq xəsarət yetirdim”.
Elşad ifadəsinin sonunda əməlindən peşman olduğunu, atası ilə barışdığını bildirib. Sumqayıt şəhər Məhkəməsinin hökmü ilə Elşad 11 ay müddətinə islah işləri cəzasına məhkum edilib.
Eldar Məmmədli, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
10:21 / 24.08.2022
Sumqayıtda oğul atasına xəsarətlər yetirdi – TƏFƏRRÜAT
Hazırda oxunan: Sumqayıtda oğul atasına xəsarətlər yetirdi – TƏFƏRRÜAT
Hazırda oxunan: Sumqayıtda oğul atasına xəsarətlər yetirdi – TƏFƏRRÜAT
90143
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.