DOST Agentliyi ilə Təhsil Tələbə Krediti Fondu arasında MEMORANDUM

Hazırda oxunan: DOST Agentliyi ilə Təhsil Tələbə Krediti Fondu arasında MEMORANDUM

90114

DOST Agentliyi ilə Təhsil Tələbə Krediti Fondu arasında birgə əməkdaşlığa dair Anlaşma memorandumu imzalanıb. 

Bizim.Media xəbər verir ki, sənədi DOST Agentliyin İdarə Heyətinin sədri Fərid Məmmədov və Təhsil Tələbə Krediti Fondunun İdarə Heyətinin sədri Araz Paşayev imzalayıblar.

Fərid Məmmədov imzalanma mərasimindəki çıxışı zamanı rəhbərlik etdiyi qurumun fəaliyyəti barədə məlumat verib.

O qeyd edib ki, qısa müddət ərzində sosial sahədə brendə çevrilən DOST-un fəaliyyəti bir sıra nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilib. İmzalanan bu memorandum da DOST dəyərlərinin inkişafında öz töhfəsini verəcəkdir.

Təhsil Tələbə Krediti Fondunun İdarə Heyətinin sədri Araz Paşayev memorandumun qarşılıqlı əməkdaşlığın geniş spektrlərini əhatə edəcəyini bildirib və hər iki qurum üçün müsbət nəticələr gətirəcəyini qeyd edib.
Memoranduma əsasən, tərəflər təhsil tələbə krediti alan tələbələrin müvafiq sahədə könüllü və təcrübə proqramlarında iştirakının dəstəklənməsi, Agentliyin işində elmi-tədqiqat işlərinin və innovasiyaların tətbiqinin genişləndirilməsi, birgə layihələrin həyata keçirilməsi və s. istiqamətlərdə razılığa gəliblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin