Fəhmin Hacıyev ürək əməliyyatı keçirdi

Hazırda oxunan: Fəhmin Hacıyev ürək əməliyyatı keçirdi

90098
Avqustun 10-da Azərbaycan Daxili Qoşunlarının keçmiş komandanı Fəhmin Hacıyev Kiyevdə ürək əməliyyatı keçirib. 

Moderator.az musavat.com-a istinadən xəbər verir ki, Əməliyyat Kiyevin kardioloji klinikalarından birində keçirilib. Həkimlər əməliyyatın uğurla keçdiyini, durumun stabil olduğunu bildirir.

Fəhmin Hacıyevin səhhəti avqustun 4-dən 5-nə keçən gecə qəflətən pisləmiş, infarkt keçirmişdi. 

Yaşadığı Kiyev şəhərinin xəstəxanalarından birində 3 gün reanimasiyada saxlandıqdan sonra durumu yaxşılaşan və palataya köçürülən F.Hacıyevin səhhəti ötən gün yenidən pisləşib, həkimlər onun təcili əməliyyat olunmasını məsləhət biliblər. 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin