“Velosiped pulunu Ukrayna hərbçilərinə tibbi yardım üçün verən azərbaycanlı yeniyetməni unutmaq olarmı?" - Səfir  

Hazırda oxunan: “Velosiped pulunu Ukrayna hərbçilərinə tibbi yardım üçün verən azərbaycanlı yeniyetməni unutmaq olarmı?" - Səfir  

90070

“Müharibənin ilk günlərindən Ukraynanın Azərbaycan Respublikasındakı Səfirliyi qarşısında dinc aksiyalarla toplaşaraq Ukrayna xalqına dəstək və həmrəyliklərini “Yaşasın Ukrayna! Yaşasın Qəhrəmanlar!” qüdrətli şüarı ilə ifadə edən minlərlə sadə azərbaycanlının narahat üzlərini yaxşı xatırlayırıq”.

Bizim.Media xəbər verir ki, bunu Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski “Qələbə resepti” adlı məqaləsində yazıb.

“Yeni velosiped almaq üçün pul yığan və nəticədə bütün əmanətlərini Ukrayna hərbçiləri üçün ilk tibbi yardım dəstləri almağa sərf edən azərbaycanlı yeniyetməni unutmaq olarmı?

Rusiyanın güclü atəşinə tutulan evlərindən tələm-tələsik götürülən əşyalarla Ukraynanı tərk etmək məcburiyyətində qalaraq qonaqpərvər Azərbaycana gələn ukraynalıları səhər yedizdirmək üçün bütün gecəni dolma bişirən yaşlı qadını unutmaq olarmı?

Müharibə dəhşətlərindən keçmiş, son aylarda aldığı təqaüd vəsaitinin böyük hissəsini zərərçəkmiş ukraynalıların ehtiyacları üçün bağışlayan bakılı təqaüdçünün gözlərini unutmaq olarmı?

Həmçinin, azərbaycanlı məktəblilərin Ukraynaya qələbə arzulayan təsirli məktublarını, eləcə də sağlamlaşdırma və reabilitasiya üçün Azərbaycana gəlmiş ukraynalı uşaqların xoşbəxt gözlərini də unutmaq olmaz...” – deyə səfir qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin