Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən (AAYDA) Oğuz-Şəki avtomobil yolunun 34.6 km-lik əsas hissəsinin əsaslı təmiri son mərhələdə davam etdirilir.
AAYDA-dan Bizim.Media-ya verilən məlumata görə, əsas hissənin 7 km-i 3-cü texniki dərəcəyə uyğun, 27.6 km-i isə 2-ci texniki dərəcəyə uyğun şəkildə bərpa edilir.
Məlumata görə, layihə çərçivəsində yolboyu genişləndirmə işləri icra olunub, yolun köhnə örtüyü sökülüb, zəruri yerlərdə yararsız qrunt qazılaraq çıxarılıb, əks-dolğu işləri görülüb.
Lazımi tikinti materialından istifadə olunmaqla yol yatağı və yol əsasının inşası işləri həyata keçirilib. Bundan başqa zəruri olan yerlərdə müxtəlif diametrlərə malik yeni suötürücü borular quraşdırılıb, su keçidləri inşa edilib. Yolboyu aşınma qatı olmaqla yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılıb.
Layihə çərçivəsində Zəyzidçay üzərində yerləşən körpü istismar müddətini başa vurduğu üçün sökülərək yerində yeni körpünün inşası həyata keçirilib. Yeni 1 aşırımlı avtomobil körpüsünün uzunluğu 15 metr, eni isə 13 metr təşkil edir.
Daşağıl çayı üzərində 132, Küngüt çayı üzərində 78, Kiş çayı üzərində 420, Qurcana çayı üzərində isə 42 metr uzunluğunda olan mövcud körpülər üzrə isə nəzərdə tutulan təmir işləri yekunlaşıb. Yolboyu zəruri olan yerlərdə dəmir-beton istinad divarlarının və beton küvetlərin tikintisi də layihə üzrə yerinə yetirilib.
Hazırda 9 km uzunluğa malik “Şəki dairəvi yolu”nun (Zərifə Əliyeva və Salman Mümtaz küçələri) əsaslı şəkildə təmir işləri aparılır.
Şəki dairəvi yolunun 3.1 km-lik hissəsi (Zərifə Əliyeva küçəsi) 2 hərəkət zolaqlı olmaqla 2-ci texniki dərəcəyə uyğun qurulub, yolun 6 km-lik hissəsinin (Salman Mümtaz küçəsi) isə 4 hərəkət zolaqlı olmaqla 1-ci texniki dərəcəyə uyğun tikintisi davam edir.
Layihə üzrə nəzərdə tutulan 3.4 km-lik Oğuz şəhərinə giriş yolunun bərpası yekunlaşıb. 3.2 km-lik Şəki şəhərinə giriş yolunun 3-cü texniki dərəcəyə uyğun təmiri aparılır. Hazırda ərazidə səki daşlarının düzülməsi işləri icra olunur.
Görülən işlərə paralel olaraq, zəruri olan yerlərdə yol nişanları, məlumatverici lövhələr, siqnal dirəkləri, dayanacaq, əyrixətli dəmir tirlərin quraşdırılması, yolcizgi və yolgöstərici xətlərin, piyada zolaqlarının çəkilməsi işləri də yerinə yetirilir.
Tikinti işləri “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, tərtib olunmuş qrafiklə və yüksək keyfiyyətlə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında aparılır.
Yenidənqurma işlərinin qısa zamanda yekunlaşdırılması üçün tikinti ərazisinə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
17:19 / 23.08.2022
Sürətlə təmir olunan Oğuz-Şəki yolunun son GÖRÜNTÜLƏRİ - FOTO/VİDEO
Hazırda oxunan: Sürətlə təmir olunan Oğuz-Şəki yolunun son GÖRÜNTÜLƏRİ - FOTO/VİDEO
Hazırda oxunan: Sürətlə təmir olunan Oğuz-Şəki yolunun son GÖRÜNTÜLƏRİ - FOTO/VİDEO
90068
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.