Müəllimlərin müddətsiz müqavilə ilə işə qəbulu ilə bağlı YENİ XƏBƏR

Hazırda oxunan: Müəllimlərin müddətsiz müqavilə ilə işə qəbulu ilə bağlı YENİ XƏBƏR

90062

Avqustun 24-26-da 2022-2023-cü tədris ili üçün Elm və Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müəllimlərin müddətsiz müqavilə ilə işə qəbulu üzrə müsabiqənin əlavə vakansiya seçimi həyata keçiriləcək.

Bu barədə Bizim.Media-ya Təhsil İnstitutunun İnsan Resursları Mərkəzindən məlumat verilib.

Bildirilib ki, əlavə vakansiya seçiminə avqustun 24-ü saat 11:00-dan etibarən start veriləcək və proqram təminatı tətbiq olunmaqla mərkəzləşdirilmiş qaydada təşkil olunacaq.

Namizədlər avqustun 26-sı saat 11:00-dək şəxsi səhifələrinə daxil olmaqla vakant yer seçməli və elektron ərizələrini təsdiq etməlidirlər.

Əlavə vakansiya seçimlərində müsabiqənin test imtahanı mərhələsində 40 və daha yüksək bal toplamış namizədlər iştirak edə bilərlər. Vakant yer tutduqdan sonra imtina edən namizədlərin növbəti turlarda iştirakı təmin olunmayacaq.
Qeyd edək ki, vakant yerlərə işə qəbul edilmiş şəxslər üçün təqvim ili ərzində müsahibələrin həyata keçirilməsi nəzərdə tutulur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin