10 ”“ 14 avqust 2015-ci il tarixlərində Daşkəsən rayonunda yerləşən Gənclərin Təlim və İstirahət Mərkəzində BMT Modeli Yay Məktəbi keçirilir.xa0
Moderator.az xəbər verir ki, Azərbaycanın müxtəlif ali məktəblərindən 80 nəfər iştirakçının qoşulduğu Yay Məktəbinin əsas məqsədi gənclərin beynəlxalq münasibətlər və diplomatiyaya marağının dəstəklənməsi, gənc diplomatların təcrübə qazanması və BMT strukturlarının işi ilə daha yaxından tanış olmaqdır.xa0
“Beynəlxalq hava məkanında təhlükəsizliyin təmin edilməsi”x9d və “Qadınların top menecment vəzifələrdə təmsilçiliyi”x9d mövzuları ətrafında aparılacaq müzakirələr BMT Baş Assambleyası formatında keçiriləcəkdir. 3-günlük simulasiyadan başqa, BMT Modeli Yay Məktəbinin proqramında araşdırma, danışıq və təqdimat bacarıqlarının inkişafına hədəflənən təlimlər də nəzərdə tutulub. Adı çəkilən Yay Məktəbi BMT-nin İnkişaf Proqramı (BMTİP) və Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin “Qlobal siyasi müzakirələrdə gənclərin fəal iştirakını dəstəkləmək üçün əsasların yaradılması”x9d adlı birgə layihəsi çərçivəsində təşkil edilir.xa0
Layihə çərçivəsində Azərbaycanda Birləşmiş Millətlər Təşkilatı Modeli (Model UN) şəbəkəsinin yaradılması və Milli BMT Modeli (National MUN) konfransının da keçirilməsi nəzərdə tutulmuşdur.xa0
Xatırladaq ki, xa0BMT Modeli Yay Məktəbi xa0Milli BMT Modeli konfransına hazırlıq xarakteri daşıyır. Yay Məktəbinin qeyd olunan tarixlərdə keçirilməsi təsadüf deyil, belə ki, layihə tərəfdaşları bir araya gələrək 12 avqust tarixində Beynəlxalq Gənclər Gününü bu tədbir çərçivəsində birgə qeyd edəcəklər. Xatırladaq ki, bu ilki Beynəlxalq Gənclər Gününün əsas mövzusu könüllülük və gələcək Dayanıqlı İnkişaf Gündəliyində (Post-2015) gənclərinin rolunun artırılmasını təşviq etməkdir. Birləşmiş Millətlər Təşkilatı Modeli (Model UN) gənclər üçün özünü diplomat və səfir rollarında sınamaq, beynəlxalq münasibətlər sahəsini daha yaxından öyrənmək, müvafiq bilik və bacarıqlarını artırmaq fürsətini yaradan qeyri-formal təhsil növü və simulasiya oyunudur. İştirakçılar təmsil etdikləri ölkələrin faktiki siyasəti əsasında onların siyasi mövqelərini tədqiq edir və həmin ölkələrin siyasi mövqeyinə uyğun çıxış edə bilmək üçün siyasi yanaşmalar hazırlayır. Oyunun məqsədi gənclərə liderlik, ictimai danışıqların aparılması və kompromisə getmə yollarının öyrədilməsidir.

































































































