“Özsüt Azerbaijan” MMC-yə məxsus “Özsüt” kafe və restoranlar şəbəkəsi ilə bağlı inzibati protokol yazılıb.
Bizim.Media-nın əldə etdiyi məlumata görə, şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 389-cu (statistik müşahidələrin aparılması üçün zəruri olan məlumatların təqdim edilməməsinə və ya vaxtında təqdim edilməməsinə, yaxud hesabatların təhrif edilməsi) maddəsi ilə inzibati protokol tərtib edilib.
Bununla əlaqədar Binəqədi rayon Məhkəməsinə müraciət olunub.
Məhkəmə iddianı təmin edərsə, şirkət beş yüz manatadək cərimə edilə bilər. Məhkəmənin iddia ərizəsinə nə vaxt baxacağı məlum deyil.
Eldar Məmmədli, Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
15:11 / 23.08.2022
Bakıda məşhur restoranlar şəbəkəsi CƏRİMƏLƏNƏ BİLƏR
Hazırda oxunan: Bakıda məşhur restoranlar şəbəkəsi CƏRİMƏLƏNƏ BİLƏR
Hazırda oxunan: Bakıda məşhur restoranlar şəbəkəsi CƏRİMƏLƏNƏ BİLƏR
90032
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.