"Bakı Metropoliteni" QSC-nin "Bənövşəyi" xəttində hərəkət edən 5 vaqonlu qatarlar ilk növbədə 6 vaqonlu, tədricən isə 7 vaqonlu qatarlarla əvəz olunacaq.
Bizim.Media xəbər verir ki, bunu "Bakı Metropoliteni" QSC-nin Depolar üzrə iş Departamentinin rəisi Faiq Əhmədov bildirib.
"Artıq 6 vaqonlu qatarlar "Xocəhəsən" elektrik deposuna göndərilib. Hazırda onlarda sazlanma, sınaq və digər işlər həyata keçirilir.
"Xocahəsən" stansiyasından başlayan bu xətt 7 vaqonluq qatarların hərəkəti üçün nəzərdə turulub. Sərnişinlərin tələbatını ödədiyi üçün hələ ki, orada 5 vaqonlu qatarlar hərəkət edib, amma tədricən vaqon sayı artırılacaq", - deyə o, qeyd edib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
14:11 / 23.08.2022
Metronun "Bənövşəyi" xəttinə bu qatarlar buraxılacaq
Hazırda oxunan: Metronun "Bənövşəyi" xəttinə bu qatarlar buraxılacaq
Hazırda oxunan: Metronun "Bənövşəyi" xəttinə bu qatarlar buraxılacaq
90012
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.