Sertifikasiyada şəhid ailələrinə güzəşt olacaqmı? - Nazir AÇIQLADI 

Hazırda oxunan: Sertifikasiyada şəhid ailələrinə güzəşt olacaqmı? - Nazir AÇIQLADI 

90004

"Sosial statusun biliklə çox əlaqəsi yoxdur. MİQ-də də şəhid ailəsi üzvlərinə bal güzəşti nəzərdə tutulmayıb, əlavə bal vermirik".

Bizim.Media xəbər verir ki, bunu Elm və təhsil naziri Emin Əmrullayev bu gün keçirilən brifinqdə deyib.

Onun sözlərinə görə, sertifikatlaşdırılma prosesi peşəkar kadrları fərqləndirməkdir:

"Sertifikasiyanın mahiyyətini başa düşməliyik. Sertifikasiyada müəllim beş ildən bir sadəcə öz biliyini nümayiş etdirir və biz ondan sadəcə minimal balı toplamağını istəyirik. Sosial statusun biliklə çox əlaqəsi yoxdur. Biz yalnız imtahandan keçən müəllimlərin yerləşməsində onlara güzəşt edirik. Yerləşmə isə biliyin ölçülməsi deyil. Burada sosial statusu nəzərə almaq səhvdir. Amma onsuz da həmişə şəhid ailələri üzvlərinə elm və təhsil sahəsində müəyyən güzəştlər nəzərdə tutulur",- deyə nazir qeyd edib.

Səkinə Yusibli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin