Direktorun erkən nikaha müdaxiləsi hansı hallarda məhdudlaşır?

Hazırda oxunan: Direktorun erkən nikaha müdaxiləsi hansı hallarda məhdudlaşır?

89998

“Erkən nikahlarla bağlı məsələdə məktəb direktorunun müdaxilə imkanları məhduddur”.

Bizim.Media xəbər verir ki, bu barədə Elm və təhsil naziri Emin Əmrullayev bu gün keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, erkən nikahlar daha çox 9-cu sinifdən sonra baş verir:

“IX sinifdən sonra isə təhsil icbari deyil. Yəni bəzi uşaqlar artıq ümumiyyətlə məktəbə gəlmirlər ki, direktor məsələni bilsin. Amma təbii ki, məktəb daxilində bununla bağlı maarifləndirmə işi aparılır və aparılmalıdır. Bu, daha çox ailə, cəmiyyət, mədəniyyət məsələsidir", - deyə nazir qeyd edib.

Səkinə Yusibli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin