DSX-dan Azərbaycan-Gürcüstan sərhədini pozan şəxslə bağlı AÇIQLAMA

Hazırda oxunan: DSX-dan Azərbaycan-Gürcüstan sərhədini pozan şəxslə bağlı AÇIQLAMA

89975

Avqust ayının 22-də saat 17:30-da “Zaqatala” sərhəd dəstəsinin Zaqatala rayonunun Kəpənəkçi kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində 1 (bir) nəfər naməlum şəxsin Alazan çayını keçərək dövlət sərhədini Azərbaycandan Respublikasından Gürcüstana və əks istiqamətdə pozması barədə əməliyyat məlumatı daxil olub.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi yayıb.

Mənbə qeyd edir ki, sərhəd zastavası dərhal “Silaha” komandası üzrə hərəkət edərək, xidməti ərazi qapadılmış və sərhəd pozucusunun axtarışını təmin etmək məqsədilə kəşfiyyat pilotsuz uçuş aparatı havaya qaldırılıb.
 

MÖVZU İLƏ BAĞLI:

Dövlət sərhədini pozanlar saxlanıldı - RƏSMİ 


Saat 17:45-də şübhəli şəxsin yeri müəyyən edilib və sərhəd naryadı tərəfindən saxlanılıb. Saxlanılan şəxsin Azərbaycan Respublikası vətəndaşı, Zaqatala rayon Mosul kənd sakini 27.03.1964-cü il təvəllüdlü Həstərov Zakir Veysəlqara oğlu olması müəyyənləşdirilib.

lkin dindirmə zamanı sərhəd pozucusu dövlət sərhəddini pozduğunu etiraf edib.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Bizim.Media



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin