Həbs edilən polkovnikdən XƏBƏR VAR - RƏSMİ

Hazırda oxunan: Həbs edilən polkovnikdən XƏBƏR VAR - RƏSMİ

89973

İntim videolarla gündəmə gələn FHN Dövlət Yanğından Mühafizə Xidmətinin polkovniki Zaur Mirzəyev bildiyimiz kimi, avqustun 17-də şübhəli şəxs qismində saxlanılıb. 

Onun barəsində Cinayət Məcəlləsinin 156.2.1 (şəxsi həyatın toxunulmazlığını pozma), 242 (pornoqrafik materialları və ya əşyaları qanunsuz yayma) və 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddələri ilə cinayət işi başlanılaraq ibtidai istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə həvalə edilib.
 

MÖVZU İLƏ BAĞLI:

İntim videolar yayan FHN polkovniki barəsində həbs qətimkan tədbiri seçildi – RƏSMİ  


Onun barəsində verilən son qərar və ondan sonra hansı prosesin davam etdirildiyini öyrənmək üçün Baş Prokurorluğun Mətbuat Xidmətinə müraciət etdik.

Məsələ ilə bağlı Bizim.Media-ya açıqlama verən Baş Prokururluğun mətbuat xidmətinin böyük prokuroru Kənan Zeynalov istintaqın hazırda davam etdirildiyini dedi:

“Zaur Mirzəyev barəsində bildiyiniz kimi, həbs qəti imkan tədbiri seçilib. Hazırda istintaq davam edir. Ona görə də istintaqın gedişi barədə geniş məlumat verə bilməyəcəyik. Lazım olan səviyyədə ictimaiyyət məlumatlandırılıb”.

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin