“Laçına Suriya və Livandan ermənilərin köçürülməsi qanunsuz olub” -Fərid Şəfiyev 

Hazırda oxunan: “Laçına Suriya və Livandan ermənilərin köçürülməsi qanunsuz olub” -Fərid Şəfiyev 

89972

Son vaxtlar erməni diasporu informasiya cəbhəsində hücuma başlayıb ki, tarixən, guya 4-cü əsrdən Laçında ermənilər yaşayıb. Bu, tamamilə yalandır”.

Bizim.Media xəbər verir ki, bunu bu gün Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində təşkil edilən “Laçın: Post münaqişə dövrünün yeni mərhələsi” adlı dəyirmi masada BMTM-in İdarə Heyətinin sədri Fərid Şəfiyev bildirib.

Fərid Şəfiyev deyib ki, 1992-ci ildə, işğaldan əvvəl Laçın əhalisinin 99 faizi azərbaycanlılar olub, cəmi 300-ə qədər erməni yaşayıb:

“İşğaldan sonrakı dövrdə Laçına Suriya və Livandan qanunsuz ermənilər köçürülüb, onlar özləri də bunu etiraf edirlər. İndi erməni diasporu səs-küy salır ki, bu insanlar ikinci dəfə qaçqın düşürlər. Bu, qanunsuz məskunlaşdırma olub”.

Fərid Şəfiyev qeyd edib ki, erməni diasporunun bu təbliğatına qarşı Azərbaycan mediası aktiv olmalı, Laçın sakinləri də həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasına fəal olmalıdır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin