Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Ağdam rayonu, Cinli kəndi yaxınlığında mürəkkəb relyefli dağlıq-meşəlik ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.
Bizim.Media FHN-yə istinadən məlumat verir ki, dərhal əraziyə Nazirliyin Dövlət Yanğından Mühafizə Xidməti və Qarabağ Regional Mərkəzinin müvafiq qüvvələri cəlb olunub.
MÖVZU İLƏ BAĞLI:
Ağdamda yanğın olub – Hektarlarla ərazi yanıb
Bildirilir ki, həyata keçirilmiş operativ tədbirlər sayəsində yanğın qısa müddətdə söndürülərək, geniş əraziyə yayılmasına imkan verilməyib.
Yanğın nəticəsində ümumilikdə açıq ərazidə təxminən 40 hektar sahədə kol-kos, quru ot və 20 hektar sahədə meşə ərazisi yanıb. Sıx meşəlik yanğından mühafizə olunub.
Bizim.Media