Bu vəzifələr üzrə imtahanda uğur qazanan namizədlərin SAYI AÇIQLANDI 

Hazırda oxunan: Bu vəzifələr üzrə imtahanda uğur qazanan namizədlərin SAYI AÇIQLANDI 

89833

İnzibati vəzifələrin B növünə (inzibati icraçı) aid vəzifə qrupları üzrə dövlət qulluğuna qəbul olmaq üçün avqustun 21-də keçirilmiş test imtahanının nəticələri açıqlanıb. 

Dövlət İmtahan Mərkəzindən Bizim.Media-ya bildirilib ki, imtahanın nəticələri DİM-in saytında yerləşdirilib.  

Namizədlər imtahanın nəticələri haqqında məlumatı mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər. 
İmtahan vermək üçün qeydiyyatdan keçmiş 2082 namizəddən 42-si imtahana gəlməyib. 

İmtahan nəticələrinə əsasən, BA1 altqrupu üzrə 7 nəfər, BA2 altqrupu üzrə 10 nəfər, BA3 altqrupu üzrə 40 nəfər, BA4 altqrupu üzrə 81 nəfər, BB1 altqrupu üzrə 57 nəfər, BB2 altqrupu üzrə 79 nəfər, BB3 altqrupu üzrə 128 nəfər, BB4 altqrupu üzrə 210 nəfər olmaqla, ümumilikdə 612 namizəd tələb olunan müsabiqə şərtlərini ödəyərək uğur qazanıb. 

Test imtahanından müvəffəqiyyətlə keçən namizədə altqruplara daxil olan vəzifələrə uyğun olaraq sertifikat veriləcək. Sertifikat 5 il qüvvədə olur. Namizəd sertifikatı əldə etmək üçün avqustun 23-dən sentyabrın 2-dək DİM-in portalında müraciət formasını doldurmalıdır. 

Namizədin təqdim etdiyi məlumatların düzgünlüyünün yoxlanılması məqsədilə aşağıdakı sənədlərin “skan” edilmiş surətləri formaya əlavə edilir: 

- ali təhsil haqqında sənədin surəti; 

- əmək kitabçasının surəti (olduğu halda). 

Müraciət formasına daxil edilmiş məlumatların və əlavə edilmiş sənədlərin düzgünlüyünün dövlət elektron informasiya vasitələri ilə yoxlanılması mümkün olmadığı halda, namizəd həmin sənədin (sənədlərin) müəyyən edilmiş qaydada təsdiq olunmuş surətlərini və ya eyniləşdirmə məqsədi ilə həmin sənədlərin əslini 5 (beş) iş günü müddətində DİM-ə təqdim etməlidir. 

İnzibati vəzifələrin müvafiq altqrupu üzrə sertifikatı olan şəxs bu sənəddə nəzərdə tutulmuş vəzifə, habelə həmin altqrupun aid olduğu qrup daxilində daha aşağı altqruplara uyğun olan vəzifə üzrə keçirilən müsahibələrdə iştirak edə bilər.
Müsahibədə iştirak üçün müraciət edən namizəd qanunvericiliklə müəyyən edilmiş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir.

Ümumi şərtlərin tələblərinə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin