Avtobusların hara və nə vaxt getdiyi bəlli olacaq - BNA “Google”a qayıtdı - FOTO

Hazırda oxunan: Avtobusların hara və nə vaxt getdiyi bəlli olacaq - BNA “Google”a qayıtdı - FOTO

89811

Bir müddət öncə mayın 10-dan etibarən “Google Maps” qlobal naviqasiya resursunda paytaxtda fəaliyyət göstərən marşrut xətlərinin istiqaməti haqqında xəritədə məlumatların göstərilmədiyi haqda məlumat vermişdik.

Bizim.Media xəbər verir ki, artıq problem öz həllini tapıb. Belə ki, “Google Maps” artıq Azərbaycanla bağlı bu tip məlumatları yeniləyib.

Bu barədə məlumatı isə Azərbaycan İnternet Formunun Prezidenti Osman Gündüz bildirib:
 

MÖVZU İLƏ BAĞLI:

BNA iddiasından geri çəkildi - Marşrut məlumatları Google Maps-a geri qayıdır


“Google Maps artıq Azərbaycanla bağlı bu tip məlumatları yeniləyib. Bu resursdan görsənir ki, Google artıq məlumatları birbaşa Bakı Nəqliyyat Agentliyindən alır, çünki agentliyin rəsmi saytına və telefon nömrəsinə istinad olunub. Yəni, bu o anlama gəlir ki, Bakı Nəqliyyat Agnetliyi (BNA)  artıq rəsmi olaraq Google Transit Partner olub. Bir müddət öncə yazdığım aşağıdakı  statusda qeyd etmişdim ki, problemin mümkün həlli yollarından biri də elə bu görsənirdi.

Amma dərhal da qeyd etmək istərdim ki, BNA Google üçün təqdim etdiyi bu məlumatları emal oluna biləcək səviyyədə, açıq məlumat formasında da paylaşmalıdır ki, maraqlı tərəflər ondan istifadə edə bilsin”.

O.Gündüzün sözlərinə görə, indiyədək bu xidməti həyata keçriən “Transit for Baku” komandası da “Google Maps” la əməkdaşlığı davam etdirəcək:

“Yeri gəlmişkən, indiyədək bu xidməti reallaşdıran (buna görə o komandaya da təşəkkür düşür), məlumatları “Google Maps”a təqdim edən “Transit for Baku” da  görünür ki, əməkdaşlığı davam etdirəcəklər.

Belə ki, “Google” xəritədə digər ictimai nəqliyyat növü - metro ilə bağlı məlumatları sorğuladıqda mənbə olaraq BNA ilə bərabər TFB şirkətinin də adı görsənir. Metropoliten QSC və ya BNA bu məlumatlara da iddia  etməyənədək  “Transit for Baku” və “Google” əməkdaşlığı da davam edəcək”.

Səkinə Yusibli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin