Erməni vandalları Zabux kəndində daha bir evə od vurublar.
Bizim.Media xəbər verir ki, bununla bağlı görüntülər ermənilərə məxsus Telegram kanalında yer alıb.
Videoda 86 yaşlı erməni sağ əlində çəlik, sol əlində içində benzin olan kauçuk qab tutaraq nəsə deyir və yanacağı suvağı olmayan evə tökür.
Xatırladaq ki, ermənilər avqustun 25-dək Laçın şəhərini, Zabux və Sus kəndlərini tərk etməlidirlər.
Bizim.Media