"Ətraf mühitin mühafizəsi haqqında" Azərbaycan Respublikasının Qanununa edilən 26 noyabr 2020-ci il tarixli dəyişikliyə əsasən həmin Qanunun 46-cı maddəsində qalınlığı 15 mikrona qədər olan polietilen torbaların, birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik çəngəl, qaşıq, bıçaq, qarışdırıcı çubuq, boşqab və stəkanların idxalına qadağa qoyulub.
Mövcud qanunvericiliyə əsasən, 2021-ci il yanvarın 1-dən etibarən qalınlığı 15 mikronadək olan polietilen torbaların, iyulun 1-dən isə birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik çəngəl, qaşıq, bıçaq, qarışdırıcı çubuq, boşqab və stəkanların sahibkarlar tərəfindən istehsalı və idxalı, həmçinin ticarət, ictimai iaşə və digər xidmət obyektlərində istehlakçıya satılması və ya xidmət zamanı istifadəsi qadağandır.
Bizim.Media xəbər verir ki, bununla bağlı Dövlət Gömrük Komitəsi bununla bağlı sahibkarlara müraciət edib.
Komitə bu qəbildən olan məhsulların idxalı ilə məşğul olan sahibkarları qanunvericiliyin tələblərinə əməl etməyə çağırır. Qanunvericiliyin tələblərini pozan hüquqi və fiziki şəxslər barəsində qanunamüvafiq tədbirlər həyata keçiriləcək.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
12:47 / 19.01.2021
Gömrük Komitəsindən xəbərdarlıq - Bu məhsulun idxalı ilə məşğul olanlar cəzalandırılacaq
Hazırda oxunan: Gömrük Komitəsindən xəbərdarlıq - Bu məhsulun idxalı ilə məşğul olanlar cəzalandırılacaq
Hazırda oxunan: Gömrük Komitəsindən xəbərdarlıq - Bu məhsulun idxalı ilə məşğul olanlar cəzalandırılacaq
8966
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.