2778 şəhidin ailə üzvünə sosial ödənişlər təyin edildi

Hazırda oxunan: 2778 şəhidin ailə üzvünə sosial ödənişlər təyin edildi

8963

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən bu günədək artıq 2778 şəhidin 6790 ailə üzvünə sosial təminat növləri üzrə  ödənişlər (Prezidentin aylıq təqaüdü, pensiya və müavinət) təyin olunub.

Nazirlikdən Bizim.Media-ya verilən məlumata görə, təyinatların aparılması işinin operativ təşkili üçün DSMF-də əməkdaşlar səfərbər edilib və bu fəaliyyət istiqaməti üzrə xüsusi işçi qrup yaradılaraq fəaliyyətə başlayıb.

 

MÖVZU İLƏ BAĞLI:

Şəhid ailələrinə mənzillərin verilməsində gecikmələrin səbəbləri açıqlandı

İlham Əliyev: "Məcburi köçkünlər üçün nəzərdə tutulan evlər şəhid ailələrinə veriləcək"

​​​​​​​
Şəhid ailələri üzvlərinin müraciəti olmadan və təyinat aparılması üçün zəruri sənədlər Fondun əməkdaşları tərəfindən aidiyyəti qurumlardan alınaraq toplanılmaqla sosial ödənişlər təyin olunub. Elektron qaydada, proaktiv şəkildə həyata keçirilən bu proses artıq yekunlaşmaq üzrədir.

Təyin olunmuş sosial ödənişlər barədə şəhid ailələrinə məlumatlar verilməklə, bir çox hallarda təqaüd kartları onlara elə öz ünvanlarına aparılaraq təqdim olunur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin