Azərbaycanın yanğınsöndürən maşınları Laçın şəhərinə daxil olub.
Bizim.Media xəbər verir ki, bu haqda görüntülər "Telegram" kanallarında yer alıb.
Videoda Azərbaycana məxsus 2 yanğınsöndürən maşın və bir hərbi texnika (“BTR”) Laçın şəhərinin küçələrində irəliləyir.
Mənbə yazır ki, bir neçə gündür, Rusiya sülhməramlılarının yanğınsöndürən maşınları şəhərdə növbə çəkirmiş. Lakin sülhməramlıların müşayiəti ilə Azərbaycan Laçına öz maşınlarını göndərib.
Xatırladaq ki, qanunsuz şəkildə Laçın şəhərində, Zabux və Sus kəndlərində məskunlaşan ermənilər avqustun 25-dək ərazini tərk etməlidirlər.
Artıq məlumdur ki, separatçılar Laçında və Zabuxda bir neçə evə od vurub.
Bizim.Media