Ümumi təhsil müəssisələrində təlim-tərbiyə işləri üzrə direktor müavini, uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı vəzifələrinə işə qəbul üzrə müsabiqə davam edir.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Bizim.Media-ya bildirilib ki, müvafiq vəzifələr üzrə işə qəbul olmaq istəyən 1735 nəfər anket.edu.az portalı vasitəsilə qeydiyyatdan keçib.
Qeydiyyat prosesi avqustun 22-si saat 18:00-da başa çatacaq. Müvafiq qaydada qeydiyyatdan keçmiş şəxslər elektron ərizədəki məlumatlarının uyğunluğu yoxlanıldıqdan sonra müsabiqənin test imtahanı mərhələsinə dəvət ediləcək.
Test imtahanında namizədlərə 35 sual (25 təhsil qanunvericiliyi, 5 məntiq, 5 informatika) veriləcək. İmtahan nəticəsi məqbul hesab edilən namizədlər müsahibə mərhələsində iştirak etmək hüququ qazanacaqlar.
Qeyd edək ki, ümumi təhsil müəssisələrində və peşə liseylərində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların işə qəbulu və yerdəyişməsi tabelik üzrə təhsili idarəetmə orqanının müəyyən etdiyi qaydada həyata keçirilir.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
15:49 / 20.08.2022
Bu təhsil müəssisələrində direktor müavinlərinin işə qəbulu ilə bağlı RƏSMİ AÇIQLAMA
Hazırda oxunan: Bu təhsil müəssisələrində direktor müavinlərinin işə qəbulu ilə bağlı RƏSMİ AÇIQLAMA
Hazırda oxunan: Bu təhsil müəssisələrində direktor müavinlərinin işə qəbulu ilə bağlı RƏSMİ AÇIQLAMA
89581
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.