Bakıda gecə saatlarında sulu qar yağacaq – Rəsmi açıqlama

Hazırda oxunan: Bakıda gecə saatlarında sulu qar yağacaq – Rəsmi açıqlama

8954

Dünəndən başlayaraq ölkəmizin əksər rayonlarında yağış, dağlıq və dağətəyi rayonlarda isə qar yağır.

Bunu Bizim.Media-ya açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor əvəzi Gülşad Məmmədova deyib.

“Qar örtüyünün hündürlüyü Sarıbaşda 42, Gədəbəydə 7, Göygöldə 6, Daşkəsən və Qırızda 5, Quba və Altıağacda 2, Oğuz, Şəki, Qəbələ və Qusarda 1 sm olub”, - deyə o, qeyd edib.  G.Məmmədova bəzi yerlərdə yağış yağdığını bildirib:

“Bölgələrimizdə eyni zamanda qərb küləyi də güclənib. Bu gün ölkə ərazisində  yağıntılı hava şəraiti davam edəcək. Aran rayonlarında yağış sulu qara keçəcək. Bakı və Abşeron yarımadasında isə gecə saatlarında sulu qar yağacaq. Yanvarın 21-də ölkə ərazisində yağmursuz hava şəraiti müşahidə olunacaq”.

Gülşanə Mustafayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin