Bir qrup hərbi qulluqçuya sığorta ödənişləri verilib – RƏSMİ  

Hazırda oxunan: Bir qrup hərbi qulluqçuya sığorta ödənişləri verilib – RƏSMİ  

89512

Avqustda Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu tərəfindən icbari şəxsi sığorta ödənişini almaq hüququ yaranan 7 hərbi qulluqçuya ödənişlər həyata keçirilib. 

Bizim.Media xəbər verir ki, bu barədə muxtar respublikanın Dövlət Sosial Müdafiə Fondunun məlumatında bildirilir.  

Məlumatda qeyd olunur ki, bunlardan 3-ü vəfat etdiyinə görə onların vərəsələrinə, 3-nə sağlamlıq imkanlarının məhdudluğuna görə, 1-nə isə az ağır xəsarət aldığına görə sığorta ödənişi verilib. 
Dövlət icbari şəxsi sığorta ödənişinin həyata keçirilməsi üçün, ümumilikdə, 44 min 550 manat vəsait həmin şəxslərin bank hesablarına köçürülüb. 

Hərbi qulluqçulardan ikisi Azərbaycanın ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar sağlamlıq imkanları məhdudluğu müəyyən edilmiş şəxslərdir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin