Sumqayıtda 32 yaşlı kişi maşınında gəzdirdiyi qadına əxlaqsız təklif etdi

Hazırda oxunan: Sumqayıtda 32 yaşlı kişi maşınında gəzdirdiyi qadına əxlaqsız təklif etdi

89410

Sumqayıt şəhərində 1991-ci il təvəllüdlü Elvin Kamalov tanışı Aygülə (adlar şəridir – red.) xəsarət yetirib.  

Bizim.Media-nın əldə etdiyi məlumata görə, hadisə Sumqayıt şəhərində yerləşən “Esmira” şadlıq sarayının yaxınlığında baş verib.  

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Elvin bildirib ki, Aygül ilə 1 il əvvəl tanış olub:  

“Hadisə günü Aygülü yaşadığı ünvandan götürdüm və şəhər ərazisində bir qədər avtomobilimdə gəzdik. Sonra “Esmira” şadlıq sarayının yaxınlığında idarə etdiyim “Hyunday Elantra” markalı maşında Aygül məni təhqir etdi. Buna görə də aramızda mübahisə yarandı. Bərk qəzəblənərək onun üzünə şillə vurdum”.  

Təqsirləndirilən şəxs qeyd edib ki, bundan sonra maşını saxlayıb, Aygülü maşından düşürdüb və oradan uzaqlaşıb. O, əməlindən peşman olduğunu deyib.  

Qeyd edib ki, zərərçəkmiş şəxslə barışmağa cəhd etsə də, barışa bilməyib. Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Aygülün sözlərinə görə, maşında söhbət edərkən Elvin ona əxlaqsız hərəkətlər etməyi təklif edib:

“Buna görə aramızda mübahisə düşdü. Mübahisə zamanı Elvin məni döyərək müxtəlif dərəcəli xəsarətlər yetirdi”.  

Zərərçəkmiş bildirib ki, Elvinə özünə məxsus “Hyunday Velaster” markalı maşın salonuna satmaq üçün verib.  

Onun sözlərinə görə, Elvinlə görüşməsinə səbəb maşınını satıb, əvəzində digər maşın almaq istəyi olub:  

“Elvinlə görüşərkən maşınını satmaq əvəzində əxlaqsız təkliflər etdi. Bundan bərk əsəbləşərək maşında onunla mübahisə etdim”.  

Sumqayıt şəhər Məhkəməsinin hökmü ilə Elvin 1200 manat miqdarında cərimə cəzasına məhkum olunub.  

Eldar Məmmədli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin