“Azərbaycanın Şimal və Şimal-qərb regionlarında meşə və meşəətrafı ərazilərdə baş vermiş yanğınların genişlənməsinin qarşısının alınması və söndürülməsi istiqamətində operativ və təxirəsalınmaz tədbirlər davam etdirilir”.
Bizim.Media xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Pərviz Aslanov sorğumuza cavab olaraq bildirib.
Onun sözlərinə görə, baş verən yanğın zamanı vətəndaşların həyatı təhlükəsi yaranmayıb:
“FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin, Şimal və Şimal-qərb regional mərkəzinin Mülki müdafiə qoşunlarının və Xüsusi Riskli Xilasetmə Xidmətinin 740 nəfərdən çox şəxsi heyəti və 80-ə qədər xüsusi texnikası, o cümlədən FHN-in Aviasiya dəstəsinə məxsus “BE 200 ÇS” amfibiya təyyarəsi və 2 ədəd helikopteri iştirak edir. Evakuasiya tədbiri təkcə Şabran rayonunun Xəlfələr kəndi yaxınlığındakı yaşayış ərazilərində baş verdi. Digər yanğın baş verən rayonlarda isə yanğın dağlıq ərazilərdə olduğu üçün insanların həyatı təhlükəsi yoxdur”.
Qurum rəsmisinin sözlərinə görə, yanğının baş verməsinə nələrin səbəb olması ilə bağlı hazırda araşdırılma aparılır:
“Hazırda lazımı araşdırmalar aparılır, vətəndaşlara yayılan rəsmi məlumatlara baxmağı xahiş edirik, həyəcan və narahatlığa heç bir əsas yoxdur”.
Səkinə Yusibli, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
16:20 / 19.08.2022
Yanğın baş verən rayonlardan SON DURUM- “Vətəndaşların həyati təhlükəsi yoxdur” – RƏSMİ
Hazırda oxunan: Yanğın baş verən rayonlardan SON DURUM- “Vətəndaşların həyati təhlükəsi yoxdur” – RƏSMİ
Hazırda oxunan: Yanğın baş verən rayonlardan SON DURUM- “Vətəndaşların həyati təhlükəsi yoxdur” – RƏSMİ
89408
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.