Samuxda özünü yandıran şəxsin son VƏZİYYƏTİ - RƏSMİ

Hazırda oxunan: Samuxda özünü yandıran şəxsin son VƏZİYYƏTİ - RƏSMİ

89360

Ötən gün Samux Rayon İcra Hakimiyyətinin qarşısında özünü yandıran şəxsin vəziyyəti məlum olub. 

TƏBİB-dən Bizim.Media-ya verilən məlumatda bildirilib ki, vətəndaş Təbriz Abdullayev 18.08.2022-ci il saat 16:30 radələrində Nərimanov Tibb Mərkəzinin Yanıq şöbəsinə bədəninin 75-80% yanığı, III-IV dərəcəli termiki alov xəsarəti ilə daxil olub.

Hazırda reanimasiya şöbəsində həkim nəzarəti altındadır, vəziyyəti ağırdır. Qeyd edək ki, Təbriz Abdullayevin Vətən Müharibəsi iştirakçısı, qazi olduğu bildirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin