Hərbçinin ölümü ilə bağlı CİNAYƏT İŞİ AÇILDI - BİR NƏFƏR SAXLANILDI

Hazırda oxunan: Hərbçinin ölümü ilə bağlı CİNAYƏT İŞİ AÇILDI - BİR NƏFƏR SAXLANILDI

89310

Azərbaycan Ordusunda hərbçi yoldaşını qətlə yetirməkdə şübhəli bilinən şəxs tutulub.

Baş Prokurorluğun Mətbuat xidmətindən Bizim.Media-ya bildirilib ki, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Mirzoev Elmar Elçhin oğlunun odlu silahdan açılan atəş nəticəsində aldığı güllə yarasından vəfat etməsi faktı ilə bağlı Ağdam Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə) maddəsi ilə cinayət işi başlanıb.
 

MÖVZU İLƏ BAĞLI:

MÜDAFİƏ NAZİRLİYİ: Azərbaycan Ordusunun hərbi qulluqçusu vəfat etdi


İstintaqla cinayətin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Rzayev Bəhruz Sübhan oğlu tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən olunub.

Bəhruz Rzayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin