Avqustun 22-də Laçının işığı tam söndürüləcək – Bölgədə baş verənlər Elşad Mirbəşiroğlunun ŞƏRHİNDƏ

Hazırda oxunan: Avqustun 22-də Laçının işığı tam söndürüləcək – Bölgədə baş verənlər Elşad Mirbəşiroğlunun ŞƏRHİNDƏ

89259

Avqustun 25-də Azərbaycan qoşunları Laçın şəhərinə və Zabux qəsəbəsinə daxil olacaq.

Avqustun 22-də isə bu ərazilərdə işıqlar tamamilə söndürüləcək. Həmin vaxtdan bizi cəmi dörd gün ayırır.

Real vəziyyət necədir? Ermənistan zorla ərazilərimizə köçürdüyü ermənilərə hansı şəkildə sahib duracaq? Azərbaycan erməniləri dövlətimizin şərtlərini qəbul edəcəkmi?

“Bundan sonrakı mərhələdə ermənilər özlərini adekvat aparmayacaqsa, Azərbaycan təzyiqləri davam etdirəcək. Qısa zamanda bütün ərazilərimizdə tam suverenliyimizi bərpa edəcəyik”.

Bunu fikirləri suallarımıza vcavab olaraq Bizim.Media-ya Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu söyləyib.
 


MÖVZU İLƏ BAĞLI:

Laçına qayıdışa hazırlıq başladı 
 


Deputat avqustun 25-nə kimi ermənilərin tam çıxmalı olduğu Laçın və Zabux ətrafındakı son durumu, bu istiqamətdə Azərbaycanın qəti planlarını şərh edərkən deyib ki, ermənilər də Azərbaycanın digər vətəndaşları kimi, qaz, işıq, suyun olmasını istəyirsə, qanunlarımıza tabe olaraq Azərbaycan vətəndaşlığını qəbul etməklə öz həyatlarını sürdürə biləcəklər.

Başqa yol yoxdur:

“Azərbaycan Prezidenti Basqal qəsəbəsində AzTV-yə verdiyi müsahibədə Laçın istiqamətində dövlətimizin atacağı addımlarla bağlı qəti mövqeyini ifadə etdi. Bu qətiyyət ondan ibarət idi ki, Laçın həşəri, Zabux kəndlərinə qayıdacağıq. Bu istiqamətdə Azərbaycanın qarşısına hər hansı bir maneə çıxa bilməz. Laçın dəhlizinə alternativ yolun çəkilməsi istiqamətində Azərbaycan üzərinə düşün bütün addımları atıb. 32 km. uzunluğunda olan bu yolu Azərbaycan öz ərazisində tamamlayıb. Ermənistan isə bu günə qədər həmin məsələ ilə bağlı da üzərinə düşən öhdəliyi yerinə yetirməyib”.

Deputatın fikrincə, proses belə deməyə əsas verir ki, əslində Azərbaycan ərazisində yaşayan ermənilər Ermənistan dövləti üçün ciddi əhəmiyyət kəsb etmir:

“Azərbaycan Prezidentinin qeyd etdiyi kimi, İrəvan alternativ yolun açılması istiqamətində addım atmayacaqsa, Bakı Laçın koridorunu nəzarəti altına alacaq. Belə olan halda Azərbaycan ərazisində yaşayan ermənilər Ermənistanla effektiv əlaqəyə malik olmayacaqlar. Onların orada mövcudluğu üçün yeganə ümid yolu təbii ki, Azərbaycana sığınmaq, Azərbaycan vətəndaşlığını qəbul etməkdən ibarətdir.

Lakin ermənilər yenə də öz çirkin xislətindən əl çəkmir. Yenə də meşələri yandırır, tərk etdikləri evlərə od vururlar.

Baxmayaraq ki, Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən də çıxan ermənilərə vəsait ödənilməsi vəd olunub. Buna baxmayaraq, ermənilər ekoloji terror cinayəti törətməkdə davam edir. Görünən odur ki, Azərbaycan ərazisində ya qalmaq istəmir, ya da kimlərinsə onlara himayə duracağını düşünürlər”.

E. Mirbəşiroğlu qeyd edir ki, Ermənistanın belə mövqeyi Azərbaycan ərazisində yaşayan ermənilərin yeganə sığınacaq yerinin Azərbaycan dövləti olacağına gətirib çıxaracaq:

“Zatən belə də olmalıdır”.

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin