Sumqayıtda batan şəxs tələbə imiş – DETALLAR

Hazırda oxunan: Sumqayıtda batan şəxs tələbə imiş – DETALLAR

89229

Sumqayıtda dənizdən qadın meyiti tapılıb.

Bizim.Media xəbər verir ki, meyit Xəzər dənizinin Sumqayıt sahilində "damba" deyilən ərazidə aşkarlanıb.

Apa.az-ın məlumatına görə, araşdırma zamanı meyiti tapılan şəxsin Kürdəmir rayonu sakini 2004-cü il təvəllüdlü Cəfərova Mələk Eldar qızı olduğu müəyyən edilib.

Meyit aidiyyatı üzrə təhvil verilib. Onun intihar etdiyi ehtimal olunur.

Qeyd edək ki, 18 yaşlı M. Cəfərovanın Sumqayıt Tibb Kollecinin tələbəsi olduğu deyilir. 

***13:34

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Sumqayıt şəhərində, dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 1 km aralı, nəzarətsiz ərazi) 1 nəfərin batması barədə məlumat daxil olub.  

Bizim.Media xəbər verir ki, hadisə yerinə cəlb olunan FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən meyit sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin