Könüllülük hərəkatının genişlənməsində mühüm rola malik “Könüllü DOST” proqramına bu il 19 mindən çox müraciət olub və proqrama daha 635 nəfər cəlb edilib.
Bizim.Media xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Agentliyinin “Könüllü DOST” proqramı "Gənc DOST", "Gümüşü DOST", “Korporativ DOST”, “İnklüziv DOST” və "Distant DOST" altproqramlarını əhatə edir.
DOST könüllüləri DOST mərkəzlərində vətəndaş məmnunluğuna uyğun xidmətlərin göstərilməsi, mərkəzlərdə vətəndaşların qarşılanması, məlumatlandırılması, xidmət pəncərələrinə yönləndirilməsi, onlara e-sistemlərdən istifadədə, anket, forma doldurulmasında kömək göstərilməsi və s. işləri yerinə yetirirlər.
Ümumilikdə DOST Agentliyi və ilk DOST mərkəzinin açıldığı 2019-cu ilin may ayından bəri “Könüllü DOST” proqramına müraciət sayı 68 minə yaxın olub, proqramda iştirak edənlərin sayı isə 2400-ü ötüb.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
12:43 / 18.08.2022
“Könüllü DOST” proqramına daha 635 nəfər cəlb olunub
Hazırda oxunan: “Könüllü DOST” proqramına daha 635 nəfər cəlb olunub
Hazırda oxunan: “Könüllü DOST” proqramına daha 635 nəfər cəlb olunub
89212
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.