18 uşaq bağçasında nöqsanlar aşkarlandı

Hazırda oxunan: 18 uşaq bağçasında nöqsanlar aşkarlandı

89200

Avqustun 8-12-si tarixlərində respublika üzrə fəaliyyət göstərən 18 uşaq bağçasında Qida Təhlükəsizliyi Agentliyi (AQTA) əməkdaşları tərəfindən aparılan monitorinqlər zamanı ümumilikdə 158 nöqsan müəyyən olunub.

AQTA-dan Bizim.Media-ya verilən məlumata göər, aşkar edilmiş nöqsanlarla bağlı 17 uşaq bağçası barəsində inzibati tədbir görülüb.

Qeyd edək ki, monitorinqlər zamanı məktəbəqədər təhsil müəssisələrində qidalanmanın Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 103 saylı qərarında göstərilən qida normalarına uyğun təşkil edilməsi, qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin yerinə yetirilməsi vəziyyətinin qiymətləndirilməsi, həmçinin yeyinti məhsullarının tədarük prosesi, saxlanılması, daşınması, realizə olunması, markalanması və qablaşdırılmasına dair tələblərə əməl olunub-olunmadığı yoxlanılır.

Bununla yanaşı, mütəxəssislər tərəfindən uşaq bağçalarında qida məhsullarının hazırlandığı və saxlanıldığı sahələrin sanitar-texniki və sanitar-gigiyenik normalara uyğunluğuna yerində baxış keçirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin