Bakıda növbəti BÖYÜK TƏDBİR - 26 ölkədən 200-dən çox şirkət təmsil olunacaq

Hazırda oxunan: Bakıda növbəti BÖYÜK TƏDBİR - 26 ölkədən 200-dən çox şirkət təmsil olunacaq

89182

Sentyabrın 6-dan 8-dək Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin təşəbbüsü və təşkilatçılığı, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin dəstəyi ilə Bakı Ekspo Mərkəzində 4-cü Azərbaycan Beynəlxalq Müdafiə sərgisi “ADEX” keçiriləcək.

Tədbirin təşkilati işlərinin icrası “Caspian Event Organisers” şirkətinə həvalə edilib.

Bizim.Media xəbər verir ki, COVID-19 pandemiyası ilə əlaqədar yaranan fasilədən sonra sərgi yenidən təşkil edilir.

Müasir silah və texnika sərgisi olan “ADEX” Azərbaycan Respublikasının və dünya şirkətlərinin hərbi-sənaye kompleksinin gücünü və qüdrətini nümayiş etdirəcək.

26 ölkədən 200-dən çox şirkəti bir araya gətirəcək “ADEX” Bakı Ekspo Mərkəzinin üç pavilyonunu və açıq sahəsini əhatə edəcək.

İştirakçılar arasında Bolqarıstan, Çin, Fransa, İtaliya, Niderland və digər ölkələrin müdafiə sektorunun aparıcı şirkətləri olacaq.

İlk dəfə İordaniyadan olan şirkətlərin də qatılacağı builki sərgidə Belarus, İran, İsrail, Qazaxstan, Pakistan, Rusiya, Türkiyə və digər ölkələr milli stendləri ilə iştirak edəcəklər.

“Securex Caspian” sərgisi dövlətin, cəmiyyətin və vətəndaşların daxili təhlükəsizliyinin təmin edilməsi üçün əlverişli şəraitin yaradılması, həmçinin yeni müqavilələrin imzalanmasına geniş imkanlar yaradacaq.

Daha ətraflı məlumatı rəsmi internet saytından, həmçinin sosial şəbəkələrdən əldə etmək olar (www.adex.az, www.securexcaspian.az). Sərgidə iştirak etmək üçün rəsmi sayt vasitəsilə qeydiyyatdan keçmək lazımdır (//adex.az/az-register/ ).

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin