“Müharibədən əvvəl kirayədə yaşayırdım, indi isə...” – Suqovuşan qəhrəmanının HEKAYƏSİ

Hazırda oxunan: “Müharibədən əvvəl kirayədə yaşayırdım, indi isə...” – Suqovuşan qəhrəmanının HEKAYƏSİ

89176

“Mən əminim idim ki, nə vaxtsa işğalda olan torpaqlarımızı azad edəcəyik. Şükür olsun Allaha ki, Müzəffər Ali Baş komandanın rəhbərliyi ilə bu müqəddəs missiya biz gənclərə qismət oldu”. 

Bu qürur dolu cümlələr qazi Aslan Tağıyevin dilindəndir. 

Haqq savaşımızda qəhrəmanlıq göstərən igidlərimizdən olan, Vətənə olan borcunu ödəyən və öz adının haqqını qəhrəmancasına döyüşərək verən Aslan deyir ki, 44 günlük Vətən müharibəsi başlayanda könüllü olaraq döyüşlərə qatılıb. 
Suqovuşan və Ağdərə uğrunda gedən döyüşlərdə iştirak edib və yaralanaraq kəllə beyin travması alıb. 

Prezident İlham Əliyevin Sərəncamı ilə “Suqovuşanın azad olunması uğrunda” medalı ilə təltif edilib. 

30 yaşlı qazi 3-cü qrup əlildir. Müharibədən əvvəl kirayədə yaşayan qazi bir müddətdir ki, yeni tam şəraitli mənzilinə köçüb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Bakının Xocasən qəsəbəsindəki yeni yaşayış massivində 3 otaqlı mənzillə təmin olunan döyüşçü bu mənzildə iki övlad böyüdür. Elə özü kimi aslan, mərd, vətənpərvər, qayğıkeş...

Bizim.Media





© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin