Pensiya, müavinət, təqaüd, ünvanlı yardımlar üzrə əhaliyə nə qədər vəsait ödənilib?

Hazırda oxunan: Pensiya, müavinət, təqaüd, ünvanlı yardımlar üzrə əhaliyə nə qədər vəsait ödənilib?

89173

Sosial təminat növləri üzrə ödənişlərdə artım dinamikası davam edir.

Bu barədə Bizim.Media-ya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Bildirilib ki, 7 ayda pensiya, müavinət, təqaüd, ünvanlı yardımlar üzrə əhaliyə 3 mlrd. 823 mln. manat ödənilib.

Belə ki, nazirliyin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən bu ilin 7 ayı ərzində pensiya, müavinət, təqaüd, ünvanlı dövlət sosial yardımı üzrə əhaliyə 3 mlrd. 823 mln. manat vəsait ödənilib.

Bu da ötən ilin eyni dövrünə nisbətən 9,3 faiz və ya 324,3 mln. manat çoxdur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin