Şimal bölgəsindəki yanğınların əsas məkanı olan Şabranda yanğın davam edir.
Şabran İcra Hakimiyyətindən Bizim.Media-ya verilən məlumata görə, hazırda yanğının əsas ocaqları söndürülüb, tüstülənmə var.
Tüstülənmə yerlərinin tam söndürülməsində Şabrandan, Bakı və Sumqayıt şəhərlərindən, Xızıdan və digər rayonlardan 18 yanğınsöndürən avtomobil işləyir.
Əsas ocaq Çıraqqala və Qalaaltı hoteli ərazisindədir.
Məlumatda o da bildirilib ki, təkcə ötən gün Şabranın Zeyvə, Pirəbədil və Qorğan kəndlərində və Çıraqqala ərazisində 120 hektar sahə yanıb. Yanan ərazinin 15 hektarı meşə massividir.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu